“Bakcell” şirkəti Qurban bayramı münasibətilə şəhid və qazi ailələrinə bayram payı təqdim edib.
BUTA.TV xəbər verir ki, Xəzər rayonu İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən bu təşəbbüs çərçivəsində, "Bakcell" şirkəti şəhid və qazi ailələrinə baş çəkib, onlara şirkət adından bayram sovqatları verilib.
Beləliklə, “Bakcell” tərəfindən 170-dən çox şəhid və qazi ailəsinə yardım edilib.
“Bakcell” sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək.
Qeyd edək ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.
- Pensiyalar ödənildi - Şad xəbər
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu