İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.
BUTA.TV xəbər verir ki, iki qızıl, iki gümüş və iki bürünc medal qazanan millimiz 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 yunan-Roma güəşi yığmamızın qitə birinciliklərində topladığı ən yüksək xaldır. Gürcüstan (134) ikinci, Türkiyə (113) isə üçüncü yeri tutub.
Xatırladaq ki, güləşçilərimizdən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fəraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar.
- Dövlətə xəyanət edən 4 nəfərə hökm oxundu
- FHN Xocalıda maarifləndirmə tədbirləri keçirdi - Video
- DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
- Bir vəkil kollegiyadan xaric edildi, üçü cərimələndi
- Messi Trampla görüşdü, top hədiyyə etdi - VİDEO
- Azərbaycanda müğənni faciəvi şəkildə öldü
- Pensiyalar ödənildi - Şad xəbər
- Dünya mediası Əliyevin bu çıxışından yazır