Rusiya hərbçiləri Krım ərazisində Ukraynanın 28 PUA ilə terror aktı törətmək cəhdinin qarşısını alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gecə Kiyevin 28 PUA ilə Krım yarımadası ərazisində terror aktı törətmək cəhdinin qarşısı alınıb. PUA-lardan 17-si hava hücumundan müdafiə vasitələrinin köməyi ilə məhv edilib, qalan 11-i isə elektron müharibə avadanlığı ilə endirilib. Hücum nəticəsində xəsarət alan yoxdur, dağıntı olmayıb”, - o bildirib.
Qeyd edək ki, ötən gün Krım körpüsü 2 dron vasitəsilə vurulmuşdu.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Naxçıvana 1 metrdən çox qar yağdı
- Sabahın hava proqnozu açıqlandı
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi