Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amuli sosial mediada İsrailin Azərbaycandakı səfiri Corc Diklə bağlı paylaşım edib.
BUTA.TV xəbər verir ki, o, Livanda çəkdirdiyi fotonu paylaşıb.
“İsrailin Azərbaycandakı səfiri sərhədimizə gəlib dedi ki, sizin qulağınızın dibindəyik. Bu, mənim üçün ağır idi, buna görə də Livana səfərim zamanı Marun ər-Rasa getdim və sərhədin sionist qəsəbəsinə baxan tərəfində dayanaraq, 75 ildir müsəlmanların qanını tökən qatili lənətlədim”, - iranlı molla yazıb.
Qeyd edək ki, Həsən Amuli əslən Livanın cənubunda yerləşən Cəbəl Amul bölgəsindədir.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Naxçıvana 1 metrdən çox qar yağdı
- Sabahın hava proqnozu açıqlandı
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi