Sumqayıtda Qərbi Azərbaycan İcması (QAİ) nümayəndəliyinin açılış mərasimi olub.
BUTA.TV xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, QAİ-nin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, QAİ Gənclər Birliyinin üzvü, millət vəkili Emin Hacıyev, Sumqayıt şəhər rəhbərliyi, ziyalılar, şəhər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərində Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Sonra İcmanın yeni nümayəndəliyinin otaqlarına baxış keçirilib, burada yaradılan şəraitlə tanış olublar.
Ardınca Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında Qərbi Azərbaycan İcmasının rəhbərliyinin İcmanın Sumqayıt şəhər nümayəndəliyinin üzvləri ilə görüşü keçirilib.
Görüşdə İcmanın Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov ictimaiyyətə təqdim edilib.
- Makron azərbaycanca paylaşım etdi - Foto
- Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı...
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Naxçıvana 1 metrdən çox qar yağdı
- Sabahın hava proqnozu açıqlandı
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...