“Sumqayıt” Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.
Klubun mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, bu barədə ECA-dan müraciət daxil olub. Bildirilib ki, klub Birliyin 2023-2027-ci illər dövrəsi üçün assosiativ üzvlüyünə qəbul olunub. Həmçinin “Sumqayıt” qurumun sentyabrda keçiriləcək Baş Assambleyasına dəvət ediləcək.
Azərbaycan klublarından “Neftçi”, “Qarabağ” və “Qəbələ” də hazırda qurumun üzvləridir.
Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Hazırda birliyin 330 üzvü var ki, həmin klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.
- Makron azərbaycanca paylaşım etdi - Foto
- Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı...
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Naxçıvana 1 metrdən çox qar yağdı
- Sabahın hava proqnozu açıqlandı
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...