Hazırda Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilini cəzadan azad etmək və ya ona möhlət vermək mümkünsüzdür.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında eks-prezident gizli şəkildə Gürcüstana gəlsə də, saxlanılıb. Ötən ilin may ayında səhhəti pisləşdiyi üçün Tiflisdəki “Vivamed” özəl klinikasına aparılıb.
- Makron azərbaycanca paylaşım etdi - Foto
- Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı...
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Naxçıvana 1 metrdən çox qar yağdı
- Sabahın hava proqnozu açıqlandı
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...