Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin bütün dövlət qulluqçularını dövlət dili statusuna malik qırğız dilində danışmağa məcbur edən qanunu imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, qanuna əsasən, indi qırğız dili dövlət və yerli özünüidarəetmə orqanlarının, bütün mülkiyyət formalı müəssisə, idarə və təşkilatların fəaliyyətində məcburi istifadə olunmalıdır. Həmçinin, mülkiyyət formasından asılı olmayaraq teleradio şirkətləri verilişlərinin ən azı 60 faizini qırğız dilində yayımlamalıdır. Birgə və xarici təşkilatların adları indi qırğız dilinə transliterasiya edilməlidir.
Qanunda bildirilir ki, Qırğızıstanda rus dili rəsmi dil kimi istifadə olunur. Qırğızıstan Konstitusiyasına görə, qırğız dili dövlət dilidir. Rus dili isə dövlət dili statusuna malik deyil.
- Makron azərbaycanca paylaşım etdi - Foto
- Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı...
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Naxçıvana 1 metrdən çox qar yağdı
- Sabahın hava proqnozu açıqlandı
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...