İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti , dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.
- Makron azərbaycanca paylaşım etdi - Foto
- Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı...
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Naxçıvana 1 metrdən çox qar yağdı
- Sabahın hava proqnozu açıqlandı
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...