Ukraynanın cənubunda aparılan döyüşdə Rusiya ən yeni “T-14 Armata” tanklarından istifadə edib.
BUTA.TV xəbər verir ki, bu barədə TASS-a hərbi sənaye kompleksindəki mənbə bildirib.
“Armata”dan cənubda aparılan hərbi əməliyyatlarda fəal şəkildə istifadə edirlər. Tankın necə performans göstərəcəyini görmək üçün döyüşdə bir neçə bölmə iştirak etdi. Daha sonra onlar cəbhə xəttindən çıxarıldı”, - mənbə bildirib.
Digər mənbəyə görə, tank Cənub Hərbi Dairəsinin bölmələrinin istifadəsində olub:
“T-14” tankının bütün zəruri sınaqları hələ də davam edir”.
Qeyd edək ki, əvvəllər “Armata”nın döyüş əməliyyatları zamanı istifadə edilməsi barədə rəsmi məlumat verilmirdi.
- Makron azərbaycanca paylaşım etdi - Foto
- Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı...
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Naxçıvana 1 metrdən çox qar yağdı
- Sabahın hava proqnozu açıqlandı
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...