Sofiyada Bolqarıstanın müdafiə naziri Todor Taqarevi Ukrayna müharibəsi ilə bağlı mövqeyinə görə öldürməklə hədələyən 39 yaşlı kişi saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Euractiv” saytı məlumat yayıb.
Məlumata görə, iyulun 4-də müttəhim şəxsi sosial media profilində nazirə mesaj göndərərək, onu öldürməklə hədələyib:
“Həmin şəxs Ukraynadakı müharibə ilə bağlı mövqeyini bəyənmədiyi üçün Taqarevi təhdid edib”.
Qeyd edək ki, Taqarev və Müdafiə Nazirliyi hələlik bu işə münasibət bildirməyib. Sofiyada yeni hökumətin tərkibindən yer alan Taqarev avropapərəstdir, o, Ukraynaya hərbi dəstəyin tərəfdarıdır. Bolqarıstanda isə heç də hamı Ukraynaya yardım göstərməyi dəstəkləmir.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq