Ermənistan hökuməti Niderlanddakı Daşnaksütyun Baş Assambleyasının üzvü Aslan Aslanyanın ölkəyə buraxılmasına icazə verməyib.
BUTA.TV xəbər verir ki, bunu Daşnaksütyun partiyasının üzvü, erməni deputat Geqam Manukyan deyib.
“Səhər tezdən Niderlandda Daşnaksütyun Baş Assambleyasının üzvü Aslanyan mənə zəng edərək bildirdi ki, o, ailəsi ilə İrəvana gəlib, lakin sərhədçilər onun ölkəyə daxil olmasına qadağa qoyublar. Onun adının Ermənistan hökumətinin qara siyahısında olduğu deyilib. Aslanyan 5 saatdır ki, hava limanında qeyri-müəyyən vəziyyətdə qalıb və pasportu əlindən alınıb”, - o bildirib.
Qeyd edək ki, Ermənistan hökumətinin Daşnaksütyunun avropalı nümayəndələrinin ölkəyə girişinə qadağa qoyması ilk hal deyil. Ötən il Daşnaksütyunun Fransadakı erməni təşkilatlarının əlaqələndirmə şurasının həmsədri Murad Papazyan da Ermənistana buraxılmayıb.
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq
- İranın Milli Müdafiə Universitetinə zərbələr endirildi - Video
- Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edildi - Foto