Erməni mediası iddia edir ki, Xankəndidə oturaq “aksiya” guya Rusiyaya qarşı çevrilə bilər, yəni separatçılar etirazlarının növbəti mərhələsində rusiyalı sülhməramlıların Qarabağdan çıxmasını tələb edəcəklər. Separatçılar ondan narazıdırlar ki, Rusiya kontingenti Azərbaycana qarşı heç bir addım atmayıb, Laçın “dəhlizini” acmayıb və s. Bunun davamı kimi separatçıların lideri Araik Arutyunyan Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə Qarabağda “beynəlxalq qüvvələrin” yerləşdirilməsini təmin etməyə çalışacaqlar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu, sadəcə, erməni xülyasıdır:
“Birincisi, heç bir dövlət və beynəlxalq təşkilat Qarabağa hərbçilərini göndərməz. Xarici mərkəzlərin bir qismi sözdə Ermənistana və erməni separatimizinə dəstək versələr də, Azərbaycanla qarşıdurmaya gedərək vətəndaşlarını ölüm təhlükəsi olan bölgəyə göndərməyəcəklər. Bunu separatçılar da anlayırlar.
İkincisi, separatçılar Rusiyadan narazı qalsalar da (halbuki rusiyalı hərbçilər Kremlin təlimatıyla erməni separatizminə dəstəklərini artırıblar) bu ölkənin hərbi kontingentinin bölgəni tərk etməsini tələb etməyəcəklər. Çünki narazılıqlarına rəğmən, separatçıların Rusiyadan ikiəlli yapışmaqdan başqa seçimləri yoxdur. Əgər bu xəbərdə kiçik də olsa həqiqət payı varsa, yəni separatçılar növbəti mərhələdə Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini reallaşdırmağa çalışacaqlarsa, bu bizim işimizi asanlaşdıracaq, məqsədimiz elə Rusiya hərbi kontingenti olmadan separatçılarla məsələni birdəfəlik həll etməkdir”.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq