Prezident Ərdoğanın Ankaranın İsveçin NATO-ya üzvlük təklifini ratifikasiya edəcəyini deməsindən sonra belə ermənipərəst senator Bob Menendes F-16-ların Türkiyəyə satışını əngəlləməkdə davam edir.
BUTA.TV xəbər verir ki, bu barədə “Defens Nyus” məlumat yayıb.
Məlumata görə, Bayden administrasiyasının Ankara ilə razılaşmanı davam etmək istəyinə baxmayaraq, Menendez Türkiyəyə 40 ədəd “Block 70 F-16” qırıcısını satmamaq barədə qərarını ləğv etməkdən imtina edir:
“20 milyard dollarlıq potensial satışa 80 ədəd təkmilləşdirmə dəsti də daxildir. Menendes satışın qarşısını almaq üçün xarici əlaqələr komitəsinin sədri vəzifəsindən istifadə etməkdə davam edir”.
O qeyd edib ki, İsveçin ratifikasiyası F-16 qadağasını aradan qaldıracaq ilkin şərt deyil:
“Bundan da böyük “problemlər” var”.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq