Ayfon 16 Pro Maks flaqman smartfonları yalnız 2024-cü ildə buraxılacaq, lakin onlar haqqında artıq kifayət qədər məlumat var.
BUTA.TV xəbər verir ki, bu barədə “Digital Chat Station” insayderi məlumat yayıb.
Məlumata görə, “Əpl”ın gələcək smartfonlarında yeni nəsil kameralar olacaq:
“Ayfon 16 Pro Maks periskop kamerası ilə təchiz olunacaq və bu, smartfonda böyütmə keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Periskop kamerası yeni smartfonun əsas xüsusiyyətidir. Kameranın fokus məsafəsi 300 millimetrdən çox olacaq. Fokus məsafəsi 77 millimetr olan hazırkı flaqman Ayfon 14 Pro Maks ilə müqayisədə bu, demək olar ki, 4 dəfə çoxdur. Yeni cihazdakı sensor 1/1,14 düym ölçüsündə 12 faiz artırılacaq”.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq