Rusiya Prezidenti Vladimir Putin taxıl müqaviləsi ilə bağlı hərtərəfli izahat verib, Kremlin buna əlavə edəcəyi başqa heç nə yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bununla bağlı Xarici İşlər Nazirliyinə müraciət edilməlidir. Müqavilədə olan hər şeyi biz artıq dedik. Buna əlavə edəcəyimiz heç nə yoxdur. Dünən Prezident Putin hökumət üzvləri ilə görüşdə danışarkən tam dolğun izahat verdi”, - o bildirib.
Qeyd edək ki, Putin taxıl müqaviləsi üzrə heç kimin öhdəliyi və razılaşmanı yerinə yetirmək niyyətində olmadığını, sadəcə olaraq Rusiyadan daim nəsə tələb etdiklərini vurğulamışdı. Onun sözlərinə görə, Rusiya sövdələşmənin müddətini uzatmaqla, xarici həmkarlarının nəhayət razılaşdırılmış, eləcə də təsdiq edilmiş parametr və şərtlərə tam əməl edəcəyini gözləyirdi.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq