Çin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsində birbaşa iştirak edir və həmçinin digər dövlətlər üçün təhlükə yaradır.
BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniya xarici kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur deyib.
Rusiyanın Ukraynaya hücumunda Pekinin və Çin lideri Szinpinin “mütləq iştirakı” ilə bağlı tezisini izah edən Mİ-6-nın rəhbəri qeyd edib ki, çinlilər rusları çox açıq şəkildə dəstəkləyir:
“Onlar rusları diplomatik cəhətdən tam dəstəklədilər, Birləşmiş Millətlər Təşkilatında əsas səsvermə zamanı bitərəf qaldılar. Amma bu cür dəstəyin Rusiya üçün öz qiyməti var. Ruslar Çinlə güc balansının onlara qarşı dəyişməsindən çox narahatdırlar. Çin Moskvanın hərəkətlərini tənqid etməkdən imtina edib, bunun əvəzinə ABŞ və NATO-nu Kremlə qarşı təxribatda ittiham edib və Rusiyaya sanksiyaları pisləyib. Rusiya da öz növbəsində Tayvanla bağlı ABŞ ilə gərginlik fonunda Çinə güclü dəstək verir”.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq