Ağcabədidə müxtəlif cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə rayonun Avşar kəndi ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilib. Keçirilən əməliyyatla oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Yuxarı Avşar kənd sakini Aslan Xanlarov olduğu müəyyən edilib. Araşdırmalarla onun mağazadan kontur, siqaret və pul oğurladığı aşkar olunub.
Polis əməkdaşların keçirdikləri digər bir tədbirlə isə narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli olan şəxs də saxlanılıb. Onun rayon sakini Vüqar Əliyev olduğu müəyyən edilib. Saxlanılan şəxsin yaşadığı ünvanda aparılan müvafiq axtarış zamanı aqrotexniki üsulla yetişdirilən çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Ağcabədi RPŞ-də istintaq davam edir.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq