Bu gecə Rusiya Odessa vilayətindəki aqrar-sənaye müəssisələrindən birinə raket zərbəsi endirib.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib.
“Zərbə çox aşağı hündürlükdə uçan “Kalibr” raketləri tərəfindən həyata keçirilib. Ona görə də hücum hava siqnalı ilə eyni anda baş verib. Çoxlu kənd təsərrüfatı və xilasetmə texnikası zədələnib”, - o bildirib.
Qeyd edək ki, 17 iyulda Krım körpüsünə hücumdan sonra Rusiya Odessaya hər gün zərbələr endirir.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq