Azərbaycan klubları UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarını fərqli günlərdə keçirəcəklər.
BUTA.TV xəbər verir ki, UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb. Baş məşqçi Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
“Neftçi” isə bir gün sonra - iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.
Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcəklər. Daha əvvəl onların səfər oyunlarını da eyni gündə - iyulun 27-də keçirəcəyi açıqlanmışdı.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq