Biz iqtisadiyyatımızın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik. Təbii ki, valyuta ehtiyatımızı artırırıq, idarəetmə sistemimizi təkmilləşdiririk. Bütün bunlar bizə əlavə imkanlar qazandırır.
BUTA.TV xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Vergi və gömrük orqanlarının proqnozları həyata keçirmək qabiliyyətinin kifayət qədər aydın mənzərə yaratdığını vurğulayan dövlətimizin başçısı bildirib:
“Artıq ilk dəfə deyil ki, biz büdcəyə əlavələr, artım ilə bağlı qərarlar qəbul edirik. Bunun da əsası odur ki, vergi və gömrük orqanları planlaşdırılandan daha çox gəlir əldə edib. Bu, yalnız şəffaflıq və yeni idarəetmə yanaşması sayəsində mümkün olub”.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq