İyulun 21-də Qazaxıstanın Almatı vilayətinin Qonaev şəhərində "KİV-ın turizm və yeni kommunikasiyaların inkişafında rolu" I Beynəlxalq Media və Turizm Forumu işə başlayıb.
BUTA.TV xəbər verir ki, Türkdilli Jurnalistlər Fondu, Qazaxıstanın İnformasiya və Sosial İnkişaf, Mədəniyyət və İdman nazirlikləri, Almatı vilayəti administrasiyasının təşkilatçılığı ilə təşkil olunan birgə forum iyulun 23-dək davam edəcək.
Foruma ümumilikdə 200-dən çox insan - dövlət qulluqçuları, beynəlxalq və yerli KİV-lərin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mətbuat katibləri, PR-menecerlər və turizm mütəxəssisləri qatılıb.
15-ə yaxın ölkədən (Türkiyə, Böyük Britaniya, İsveçrə, Avstriya, Belçika, Almaniya, Fransa, Hollandiya, Moldova, Şimali Kipr, Özbəkistan və Qırğızıstan) media və turizm nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı telejurnalist Aida Eyvazova və Bakupost.az saytının təsisçisi Elçin Zahiroğlu təmsil edir.
Forumun məqsədi media və turizm sahəsində yeni prosesləri nəzərə alınmaqla təcrübə mübadiləsi aparmaq, informasiya məkanını genişləndirmək, qarşılıqlı faydalı birgə layihələr həyata keçirmək, Qazaxıstanın tarixi-mədəni məkanlarını xarici və yerli mediada təbliğ etmək, jurnalistlər arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini gücləndirməkdir.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq