Müğənni Natavan Həbibi uzun müddət sonra ilk dəfə efirə çıxıb.
BUTA.TV axsam.az-a istinadən xəbər verir ki, sənətçi oğlu Zeydlə birlikdə "Gül kimi şou"nun qonağı olub. Sənətçi övladı ilə məşğul olduğunu və tədbirlərə getdiyini bildirib:
"Evdəyəm, vaxtımı onunla keçirirəm. Tək studiyaya və ya harasa gedəndə özümü qınayıram. Zamanımı onunla keçirmək istədiyim üçün çox vaxt evdə oluram. Albom üzərində işləyərkən dayəmiz var idi. İndi isə yoxdur. Başa düşmüşəm ki, ananın sevgisizliyindən əsas da oğlan uşaqları eqoist olur. Böyüyəndə ciddi psixoloji travmalara yol açır. İstəyirəm ki, ailəsi ilə daha çox vaxt keçirsin. Ailə və dəyərlərin nə olduğunu bilsin. Övladımın baxçaya getməsini istəməzdim". Qeyd edək ki, Natavan Həbibi verilişlərdən qonorar tələb etdiyi üçün uzun müddətdir efirlərə çıxmırdı.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq