Cari ilin yay mövsümündə Bakıətrafı kəndlərdə bağ evlərinin kirayə qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə ciddi artım müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
O bildirib ki, hazırda bağ evlərinin aylıq kirayə haqqı 700-14000 manat arasında dəyişir.
Orta qiymətin isə 3000-3500 manat arasında dəyişdiyini söyləyən ekspertin sözlərinə görə, bu qiymətlər daha çox hovuzu olan, dənizə yaxınlığı ilə seçilən, digər infrastrukturlara malik evlərə aiddir:
“Adi bağ evlərinin kirayə haqqı isə təxminən 700-1000 manat arasında dəyişir ki, bu da ötən illə müqayisədə 15-20 faiz çoxdur. Bu da onunla bağlıdır ki, ölkənin quru sərhədləri bağlı olduğu və təyyarə uçuşları baha olduğu üçün vətəndaşlar xarici ölkələrə gedə bilmirlər. Buna görə də ya regionlarda, ya da paytaxtın müxtəlif yerlərində dincəlməyə üstünlük verirlər. Ötən il 700 manata olan bağ evlərini bu il 1000 manata, 1000 manata olanları isə bu il 1200-1300 manata təklif edirlər”.
R.Qasımzadə ötən il daha yüksək qiymətə təklif olunan bağ evlərində isə cari ildə elə də ciddi artımın qeydə alınmadığını diqqətə çatdırıb:
“Belə ki, ötən il aylıq kirayə dəyəri 5000 manatdan yuxarı olan bəzi bağ evləri bu il də eyni qiymətə təklif olunur. Ona görə ki, bu il həmin evlərə tələbat elə də yüksək deyil. Bu gün əsas tələbat qiyməti 1000-2500 manat arasında dəyişən evlərlə bağlıdır. Bu da onunla əlaqədardır ki, həmin evin hovuzu və digər infrastrukturları var və kirayənişinlər rahat şəkildə dincələ bilirlər”.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq