Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin bir qrup işçisi vəzifəsindən azad edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıqov bununla bağlı müvafiq əmr imzalayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyində yoxlamalar aparıb və bir çox qanun pozuntuları aşkar edilib.
Məlum olub ki, Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin kompüter operatoru Birliyin digər bir qrup işçisi ilə birgə müəssisədə müəyyən maraqlar əsasında müəssisənin normal iş rejimini pozub, təsirində saxladığı şəxslərlə birlikdə Birliyin həkim və digər işçilərinə qarşı fiziki, psixoloji təzyiqlər göstərərək cinayət xarakterli əməllərə yol verib. Həmin işçilərin cinayət xarakterli əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyəti sənədlər Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilib.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq