Gədəbəydə qadının ərini bıçaqlamasının bəzi təfərrüatı məlum olub.
BUTA.TV xəbər verir ki, hadisə ilə bağlı cinayətin törədildiyi evin sahibi Sənurə Bayramova Baku TV-yə danışıb.
“Qadın hadisə yerindən qaçmışdı, onu görmədim. Oğlan dedi ki, yazışmasını tutdum, ondan sonra məni bıçaqladı”, - deyə hadisə şahidi qeyd edib.
Qeyd edək ki, hadisə iyulun 22-də Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.
Fakta görə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. S.Musayeva iş üzrə şübhəli şəxs qismində tutulub.
Yaralı Taryel Musayev ilkin tibbi yardımdan sonra Gəncədəki xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq