Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Türkiyədə keçirilən “İDEF-2023” Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən müdafiə sənayesi naziri Mədət Quliyev hadisə ilə əlaqədar Bakıya geri dönüb və Şirvan şəhərinə yollanıb.
Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin səlahiyyətli əməkdaşları, Şirvan şəhərinin prokuroru Kamal Talıbov və İcra Başçısı İlqar Abbasov hadisə yerinə baş çəkiblər və ətraflı məlumat əldə ediblər.
Mədət Quliyev və digər rəsmi şəxlər hadisə nəticəsində xəsarət alan Səbinə Şəkərovanı xəstəxanada ziyarət ediblər, həkimlərdən xəstənin vəziyyəti barədə məlumat alıblar.
Daha sonra Mədət Quliyev Hacıqabulda dəfn edilmiş Mehman Əhmədovun ailəsi və doğmaları ilə görüşüb, mərhumun yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də partlayış baş verib. Partlayış nəticəsində bir nəfər dünyasın dəyişib, bir qadın isə ağır xəsarət alıb.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq