İspaniya hökuməti bu gün Ukraynaya Leopard-2A4 tanklarının və zirehli transportyorların yeni partiyasını göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, iyulun 24-də Ukraynaya gedən hərbi və humanitar materialların olduğu gəmi Santander limanını tərk edib. Bütün yükün avqustun əvvəlində Kiyevə çatdırılacağı gözlənilir.
İdarə aydınlaşdırıb ki, Kiyevə 10 zirehli transportyor, 10 yük maşını, bir neçə təcili yardım maşını və müxtəlif döyüş sursatları da göndərilib.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq