Superkubok matçı Azərbaycanda olsa, sevə-sevə oynayarıq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbağça" ilə Türkiyə Super Kuboku uğrunda oyunun Azərbaycanda keçiriləcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.
Bu ilin martında Bakıda "Qarabağ"la xeyriyyə matçında (2:1) qarşılaşdıqlarını xatırladan 50 yaşlı mütəxəssis burada da çox sayda azarkeşlərinin olduğunu söyləyib: "Təbii ki, onlarla birlikdə də Superkubok sevinci yaşamaq istəyərik. Amma bu, inzibati məsələdir. Hər hansı müraciət olarsa, klubumuz lazım olanı edəcək. Hələlik görüşün harada oynanılacağı bəlli deyil".
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası qarşılaşmanın 2023/2024 mövsümünün qış fasiləsində oynanılacağını açıqlayıb.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq