Urmiya gölünün qurumasına etirazların artmasına görə azərbaycanlı fəallar İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən təhdid olunub. Sosial şəbəkələrdə başlayan kampaniyadan ehtiyat edən rejim milli fəalları ETTELAAT idarəsinə çağıraraq, onları həbs edəcəkləri ilə bağlı hədələyiblər.
Bu sözləri BUTA.TV-a Güney Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxan deyib.
Onun sözlərinə görə, təhdid olunanların əksəriyyəti tanınmış milli fəallardır:
“Urmiya və Təbrizdə yaşayan fəallara evdən çıxmamaqla bağlı göstəriş veriblər. Bəzilərini idarəyə çağırıblar, bəzilərinə də telefonla zəng edərək hədələyiblər. Əsas tələbləri isə bu olub ki, milləti Urmu gölünün quruması ilə bağlı çağırışlardan çəkindirsinlər. Əks halda nəinki milli fəalları, hətta onların ailə üzvlərini də həbs edəcəklərini deyiblər”.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq