Ermənistan “Dağlıq Qarabağ xalqı”nın (fərqləndirmə bizimdir – red.) taleyini həll edə bilməz.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bizim fikrimiz belədir: Ermənistan Respublikası “Dağlıq Qarabağ xalqı”nın taleyini həll edə bilməz. “Dağlıq Qarabağın nümayəndələri” özləri danışıqların, dialoqun tərəfi olmalıdırlar. Biz isə bu gündəmi təbliğ edirik", - Paşinyan bildirib.
Paşinyanın fikrincə, Qarabağdakı erməni icmasının hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər “beynəlxalq mexanizm çərçivəsində Xankəndi və Bakı arasında dialoq” yolu ilə müzakirə edilməlidir:
“Dağlıq Qarabağın hakimiyyəti” və xalqı bu format çərçivəsində onları maraqlandıran bütün məsələləri qaldırmaq, eləcə də onların məzmununa görə siyasi məsuliyyət daşımaq imkanı əldə edəcək. Bu, düzgün yoldur”.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq