Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından, Sahib Yunus oğlu Ələkbərov və Yasin Seyfulla oğlu Məmmədov isə “Vətən uğrunda” medalından məhrum edilib.
BUTA.TV xəbər verir ki, bununla da indiyə qədər “general” rütbəsindən və təltiflərdən məhrum edilənlərin sırası genişlənib. Belə ki, bundan öncə Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov, MTN-nin keçmiş əməkdaşı Akif Çovdarov rütbədən məhrum edilib.
MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovun da general-mayor ali rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib. Eyni zamanda, sabiq korpus komandiri, general Rövşən Əkbərov həbsdə olsa da, rütbəsindən hələ ki, məhrum edilməyib.
Globalinfo.az saytı yazır ki, Azərbaycanda iki generalın – Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıqov və MTN-in sabiq rəhbəri Eldar Mahmudovun da “general-polkovnik” rütbələrindən məhrum ediləcəyi gözlənilir.
“Proses başlayıb. Gedişat deməyə əsas verir ki, Eldar Mahmudov da, Nəcməddin Sadıqov da general rütbəsindən azad ediləcəklər. Bu həm də hüququn tələbi, qanunun diktəsidir”, - saytın məlumatında bildirilir.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq