Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan ilə üçtərəfli danışıqlar başlamamışdan əvvəl deyib.
O bildirib ki, xarici işlər nazirləri sonuncu dəfə təxminən iki ay əvvəl görüşüblər və o vaxtdan indiyədək müxtəlif səviyyələrdə çoxlu sayda görüşlər, təmaslar olub.
“Danışıqlar prosesinin dinamikası kifayət qədər yüksək olsa da, nəticələr dinamikadan bir qədər aşağıdır. Amma ümumiyyətlə, müsbət nəticənin olmadığını demək düzgün deyil”, - C.Bayramov qeyd edib.
- Daha 200-ə yaxın vətəndaşımız təxliyə edilir
- Ara məsafəsi saxlamayan sürücülərin törətdiyi qəzalar – Video
- Azərbaycan İrana humanitar yardım göndərdi
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi