Türkiyə cari ildə müdafiə sənayesi məhsulları üzrə ixrac müqavilələrinin bağlanması sahəsində rekorda imza atıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İDEF-23 müdafiə sərgisinin iştirakçılarına videomüraciətində bildirib.
“Ötən həftə Körfəz ölkələrinə səfərimiz zamanı tariximizdə ən çox müdafiə ixracı müqaviləsi imzaladıq. Biz əminik ki, İDEF-23-də bu sazişlərə yeniləri əlavə olunacaq. Həmişə dediyimiz kimi, məqsədimiz təkcə məhsul satmaq deyil. Biz uzunmüddətli tərəfdaşlıq əlaqələrinin qurulmasına və birgə layihələrin hazırlanmasına diqqət yetirmişik. Biz müdafiə sənayesi sahəsində bilik və təcrübəmizi dostlarımıza təqdim etməkdən məmnunuq”, - Ərdoğan qeyd edib.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq