Demarkasiya ən çox bizə lazımdır. Azərbaycanın da buna ehtiyacı var, ancaq bizə daha çox lazımdır və yaxud bizim üçün heç də az zəruri deyil. Niyə elə rəy yaradılır ki, hansısa başqa qüvvələrə demarkasiya lazımdır və onlar bizi demarkasiyaya məcbir edirlər?
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Bizi buna necə məcbur edirlər, bu təzyiqi siz necə təsəvvür edirsiniz? İnsanların qolunu buraraq? Mən istəyirəm ki, biz anlayaq: bu, dövlətimizin konkretləşməsi üçün, onu qeyri-müəyyən statusdan çıxarmaq üçün lazımdır. Artıq elə əhval-ruhiyyə yaranıb ki, sanki bizə sülh lazım deyil, bunu başqaları sırıyır; bizə danışıqlara ehtiyac yoxdur, demarkasiyaya ehtiyac yoxdur, bütün bunları bizə sırıyırlar. Əslində isə heç kəs bizi heç nəyə məcbur etmir, bizim seçimimiz var. Əgər biz doğru seçim etməsək, onda daha bir müharibə, daha bir faciə olacaq və mən bunun (yeni müharibənin – red.) nə ilə nəticələnəcəyini demişəm. Bu riski idarə etməliyik. Demarkasiya – pis deyil”, - Paşinyan jurnalistin sualına cavab olaraq bildirib.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq