Qərb bölgəsində axşam saatlarından başlayaraq küləklə müşahidə olunan leysan yağışlar bir sıra fəsadlar törədib.
BUTA.TV xəbər verir ki, Daşkəsən rayonun bəzi kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.
Dəstəfur çayından sel keçib, əkin sahələrinə zərər dəyib. Kəndin elektrik enerjisində fasilə yaranıb.
Leysan yağışları Xoşbulaq və digər kəndlərdə də təsərrüfat sahələrinə zərər vurub.
Avtomobil yollarında nəqliyyatın hərəkəti qismən çətinləşib. Anoloji hal Göygöl, Şəmkir və Gədəbəy rayonlarında qeydə alınıb.
Qeyri-sabit hava şəraiti səbəbindən Bakı-Qazax magistral yolunun Goranboy, Gəncə, Göygöl və Şəmkir rayonundan keçən hissəsində də nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.
Hazırda Gəncə şəhərində və ətraf rayonlarda küləklə müşahidə olunan yağıntılı hava şəraiti davam edir, güclü ildırımla müşahidə olunan yağıntılı hava səbəbindən başqa fəsadların olub-olmadığı aidiyyatı qurumlar tərəfindən araşdırılır.
- Daha 200-ə yaxın vətəndaşımız təxliyə edilir
- Ara məsafəsi saxlamayan sürücülərin törətdiyi qəzalar – Video
- Azərbaycan İrana humanitar yardım göndərdi
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi