Heydər Əliyev prospektinin 17.4-cü km-lik hissəsində, şəhər istiqamətində P tipli istiqamətverici lövhələrin quraşdırılması nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BUTA.TV-a verilən məlumata görə, lövhələrin quraşdırılması işləri bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.
Qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
- Qəbul imtahanına çətin suallar salınıb? - DİM
- Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
- FHN əhaliyə müraciət etdi - Video
- Müşfiq Abbasov azadlığa çıxdı
- Qızdırıcı partladı, üzərinə qaynar su dağıldı, öldü
- Baş nazir Milli Məclisdə hesabat verəcək
- MN-dən çağırış: Təşvişə düşməyin!
- “Azərsun Holdinq” Təmiz Dünya İB-yə dəstək verəcək