Azərbaycanla Nigeriya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib.
Bu barədə BUTA.TV-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin ikinci günündə müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev Nigeriyanın müdafiə naziri İbrahim Abubakar Kana ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Daha sonra “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar və Türkiyə Respublikası Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət ediblər. Stend ziyarəti zamanı nazir müavini Vüqar Mustafayev və müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov qonaqlarla görüşüblər.
Görüşdə mövcud əməkdaşlığın inkişafı və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Sonda Səlcuq Bayraqdara hədiyyə təqdim edilib.
- Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
- FHN əhaliyə müraciət etdi - Video
- Müşfiq Abbasov azadlığa çıxdı
- Qızdırıcı partladı, üzərinə qaynar su dağıldı, öldü
- Baş nazir Milli Məclisdə hesabat verəcək
- MN-dən çağırış: Təşvişə düşməyin!
- “Azərsun Holdinq” Təmiz Dünya İB-yə dəstək verəcək
- Daha 200-ə yaxın vətəndaşımız təxliyə edilir