Türkiyənin Manisa və Kütahya vilayətlərində meşə yanğını baş verib.
BUTA.TV "TurkicWorld"a istinadən xəbər verir ki, yanğına müdaxilə davam edir.
Ərazidə yerləşən kəndlərdəki sakinlər təxliyyə edilib.
Kütahyada yanğının söndürülməsi ətraf vilayət və rayonlardan bölgəyə göndərilmiş 21 çiləyici, səkkiz su təchizatı maşını, səkkiz dozer və 11 bələdiyyənin yanğınsöndürən maşını, su tankeri və beş quru briqadası olmaqla 220 canlı qüvvə ilə davam edir.
Məlumat üçün qeyd edək ki, İstanbuldan tələb olunan helikopterin Beykozdakı yanğın səbəbilə geri döndüyü və yanğına hazırda yalnız qurudan müdaxilə edildiyi öyrənilib.
Manisada isə 14 ev tamamilə, bir ev isə qismən yanıb.
Doqquz təyyarə, 19 helikopter, o cümlədən dörd gecəgörmə qabiliyyətinə malik 56 su təchizatı maşını, 13 su təchizatı maşını, beş tikinti texnikası, beş yer briqadası, 18 yanğınsöndürmə maşını, 15 mühafizə və jandarma TOMA, ümumilikdə 450 meşə işçisi yanğına müdaxilə edir.
- ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan...
- Pensiya alanlara şad xəbər
- Bu agentlik AAYDA-da araşdırma aparır
- Sabah Bakıya yağış yağacaq
- Bəylər Eyyubov üçün özəl gün
- Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarıldı
- İlham Əliyev fərman imzaladı
- İlham Əliyev sərəncam imzaladı