Ukraynalı pilotlar Rumıniya və Danimarkada F-16 döyüş təyyarələri üçün təlim keçəcək.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.
Kirbi bildirib ki, təlim yerləri və təqvim üzərində hələ də çalışırlar:
“Təlim üçün başqa yerlər də ön plana çıxa bilər. Böyük Britaniya ukraynalı pilotların təyyarələri idarə edə bilməsi üçün dil təhsilinə də başlayıb. Bu məsələsədə mümkün qədər tez hərəkət etmək istəyirik”.
Bundan əlavə, Kirbi Ukraynada taxıl ixracı üçün müxtəlif marşrutlar üzərində Ukrayna və avropalı tərəfdaşlarla işlədiklərini vurğulayaraq, ən düzgün yolun dəniz daşınması olduğuna diqqət çəkib.
- İran MQ-9-ları belə vurdu - Video
- ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan...
- Pensiya alanlara şad xəbər
- Bu agentlik AAYDA-da araşdırma aparır
- Sabah Bakıya yağış yağacaq
- Bəylər Eyyubov üçün özəl gün
- Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarıldı
- İlham Əliyev fərman imzaladı