Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin bu gün keçirilən iclasındakı görüntüləri erməni ictimaiyyətində və Xankəndidə ciddi narazılıqla qarşılanıb.
BUTA.TV xəbər verir ki, Paşinyanın iclasın əsas mövzusu olan İrəvandan Qarabağa yola düşən 400 ton yük daşıyan 19 TIR-ın Laçın yolundan keçməsindən, həmçinin bir sıra ölkədaxili məsələlərdən danışıb.
Paşinyan Qarabağda vəziyyəti “ciddi, kritik” adlandırsa da, hərəkətləri dedikləri ilə uyğunlaşmayıb. Ermənilər baş naziri “yalançı”, “riyakar” adlandıraraq əslində Qarabağın erməni sakinlərinin taleyinin ona maraqlı olmadığını, Paşinyanın məsələyə qeyri-ciddi yanaşdığını bildirirlər. Paşinyanın iclasdan yayılan görüntləri sosial şəbəkələrin erməni seqmentində tənqidlərə məruz qalıb.
Qeyd edək ki, sözgedən TIR-lar artıq 20 saatdan çoxdur Laçın yolunda gözləməkdədir. Separatçılar sülhməramlılara müraciət etsələr də, heç bir cavab almadıqlarını bildirirlər. Bakı isə Qarabağın erməni sakinlərinin humanitar ehtiyaclarının Ağdam vasitəsilə qarşılanmasını təklif edir.
- ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan...
- Pensiya alanlara şad xəbər
- Bu agentlik AAYDA-da araşdırma aparır
- Sabah Bakıya yağış yağacaq
- Bəylər Eyyubov üçün özəl gün
- Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarıldı
- İlham Əliyev fərman imzaladı
- İlham Əliyev sərəncam imzaladı