Hava kəskin dəyişir - Daha bir xəbərdarlıq

16:46 - 28 İyul 2023 - GÜNDƏM

 Hava kəskin dəyişir - Daha bir xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında iyulun 29-dan 30-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək 25-28° isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 29-dan 30-u səhərədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün Yel çərşənbəsidir

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol