Türkiyə ilə Rusiya arasında "Azov" komandirlərinin Türkiyədə qalması ilə bağlı razılaşma vardı.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Azov"un 5 komandirinin Ukraynaya təhvil verilməsinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərə necə təsir göstərməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Razılaşmalar olub, başqa şərh olmayacaq”, - Putin vurğulayıb.
Qeyd edək ki, Ukrayna lideri Zelenski Türkiyədən səfərdən qayıdarkən “Azov”un 5 komandirini də özü ilə Kiyevə aparıb. Əsirlərin Rusiyadan azad edilməsi ilə bağlı qərara əsasən isə münaqişə başa çatana qədər “Azov” komandirləri Türkiyədə qalmalı idi.
- Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto
- Gəncənin Baş planı təsdiqləndi
- Cərimənin məcburi tutulması qaydası dəyişdi
- Həbs olunmağım gözümü açdı - Müşfiq Abbasov
- Nazir bu xanıma yüksək vəzifə verdi
- “City Garden Narimanov”dan faizsiz kreditlə 59,65 - 169,74 kv.m arası təkliflər
- Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video
- "Qarabağ" qəzetinin baş redaktoru vəfat etdi - Foto