İsveçrə Pol Şerrer İnstitutunun bir qrup alimi ABŞ, Çin, İrlandiya, Finlandiya və İsveçdən olan həmkarları ilə birlikdə superkompüterdə iqlim simulyasiyası aparıblar. Onun vasitəsilə müəyyən olunub ki, Yer kürəsində iqlim fəlakətinin baş verməsi mümkündür.
BUTA.TV xəbər verir ki, tədqiqatın nəticələri "Science Direct" elmi informasiya platformasının saytında dərc olunub.
Təcrübə zamanı kompüter hadisələrin 2100-cü ilə qədər mümkün inkişafını nəzərə alaraq dünyanın 15 regionu üçün 4000 ssenari yaradıb. Sonda ssenarilərin 70%-i yaxın beş ildə dünyanın 1,5 dərəcə qlobal istiləşmə həddini keçəcəyini proqnozlaşdırıb. Bu 1,5 dərəcə təhlükəsiz sərhədə çevriləcək, bundan sonra qlobal istiləşmənin nəticələri geridönməz və fəlakətli olacaq. Ona görə də beynəlxalq ekspertlər istiləşməni bu həddə saxlamağa çağırıblar.
Alimlərin fikrincə, tədqiqat iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət planlarının hazırlanması üçün ideya ola bilər.
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...
- Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq
- Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto
- Gəncənin Baş planı təsdiqləndi
- Cərimənin məcburi tutulması qaydası dəyişdi