Hər iki komandanın özünəməxsus oyun üslubu var. Yanvarda "Qarabağ"la yoxlama görüşü keçirdiyimiz üçün onların potensialına daha yaxından bələd olduq. Sabah baş tutacaq görüşə də hazırıq. "Rakuv"un oyununu sərgiləməyə çalışacağıq. Bakıya gəlməkdə məqsəd qələbə qazanmaqdır. İlk görüşdə minimal fərqlə qalib gəldik. Sabahkı qarşılaşmada da qalibiyyət üçün çalışacağıq.
BUTA.TV xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.
Şvarqa “Qarabağ”ın ötən mövsüm Polşanın digər təmsilçisi “Lex” üzərində 5:1 hesablı qələbəsinin onlara mənfi təsir göstərmədiyini deyib:
“Qarabağ”ın Çempionlar Liqasındakı digər oyunlarını, eləcə də, ötən mövsümdəki matçlarını təhlil etmişik. O ki qaldı “Lex”lə oyuna, bu komanda ilə “Rakuv” tam fərqli gücə və oyun üslubuna malikdirlər. “Qarabağ”ın ötən mövsüm “Lex”i burada böyük hesabla məğlub etməsinin bizə heç bir təsiri olmayacaq”.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
- Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - Video
- Sabah 20 mindən çox abonent qazsız qalacaq
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...
- Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq
- Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto