Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda Çonqar körpüsünə endirdiyi raket zərbəsi kifayət qədər uğurlu olub.
BUTA.TV xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib.
“Dəmir yolu körpüsünün vurulması çox vacibdir, çünki əsas daşımalar dəmir yolu ilə həyata keçirilir. Kerç, Jankoy vasitəsilə Çonqar körpüsünə, daha sonra Melitopola doğru bir xətt var. Hərbi yüklərin də əsas hissəsi dəmir yolu ilə gedir”, - ekspert bildirib.
Svitanın sözlərinə görə, bu dəmir yolunu təmir etmək çox çətindir:
“Budaq səthdədirsə, onu yarım günə bərpa etmək olar. Ancaq dəmir yolu körpüsünə daxil olan budaq zədələnirsə, körpünün özünü dəyişdirmək lazımdır. Bu isə müəyyən zaman alır”.
- Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - Video
- Sabah 20 mindən çox abonent qazsız qalacaq
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...
- Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq
- Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto