Rusiyada 3 gündə 14 hərbi komissarlıq yandırıldı

14:20 - 2 Avqust 2023 - GÜNDƏM

 Rusiyada 3 gündə 14 hərbi komissarlıq yandırıldı

Son bir neçə gün ərzində Rusiyada 14 hərbi komissarlıq yandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, 30 iyul-1 avqust tarixlərində insidentlər daha intensiv xarakter almağa başlayıb.

Yanğın hadisələri Moskva, Omsk, Kaluqa, Mojaysk, Podolsk, Kazan, Rossoş (Voronej vilayəti), Feodosiya (Krım), Sankt-Peterburq, Aqinskoe (Zabaykalye), Volsk (Saratov), Verxneuralsk, Kopeysk (hər ikisi Çelyanbisk vilayəti), Ulan-Ude (Buryatiya) və Adıgeydə qeydə alınıb.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir bu xanıma yüksək vəzifə verdi

Rusiya rəsmi orqanlarının məlumatlarına görə, hadisələrə səbəb ölkə xaricində yaşayan dələduzların insanları aldatmasıdır. Saxlanılan şəxslər verdikləri ifadələrində bildiriblər ki, onlarla özlərini Rusiya güc strukturlarının və ya bankların nümayəndələri kimi təqdim edən naməlum şəxslər əlaqə saxlayıblar. Qurbanlar əsasən sosial vəziyyəti ağır olan şəxslər arasından seçilir.

Rusiya Daxili İşlər Nazirliyindəki mənbə “Kommersant”a açıqlamasında bildirib ki, dələduzlar Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə çalışır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol