Qarabağ ermənilərindən 100 və ya 50 nəfəri Azərbaycan vətəndaşlığına keçmək istədiyini bəyan edərsə, bu yolla qısa müddətdə separatizmin kökünü kəsmək mümkündür.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
“Prosesi necə tənzimləmək olar? Laçın sərhəd keçid-məntəqəsinin yaxınlığında və ya Şuşada ASAN Xidmət Mərkəzi fəaliyyətə başladıqdan sonra Xankəndi və ətrafda yaşayan erməniləri Azərbaycan pasportu almaq üçün bu ünvanlara iqtiqamətləndirmək mümkündür. Eyni zamanda Azərbaycan pasportu və vətəndaşlığını qəbul edən ermənilərin hansı üstünlüklər qazanacağı təbliğatını gücləndirmək lazımdır. Qarabağ ermənilərinə o da izah edilməlidir ki, Azərbaycan vətəndaşlığı və pasportu onların bu bölgədə rahat yaşamalarının yeganə alternatividir. Əks halda Qarabağı tərk etməkdən başqa seçimləri qalmayacaq. Digər tərəfdən 50 və ya 100 erməni Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onlara təzyiq edilərsə, bunun özü onları radikallardan qorumaq üçün Azərbaycan hərbi qüvvələrinə Xankəndiyə daxil olmasına şərait yaradacaq”, - politoloq bildirib.
- Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - Video
- Sabah 20 mindən çox abonent qazsız qalacaq
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...
- Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq
- Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto