Kanada Müdafiə Nazirliyinin kəşfiyyatı İsrailin Qəzza zolağındakı “Əl-Əhli” xəstəxanasını vurmadığına inanır.
BUTA.TV xəbər verir ki, bunu Kanada milli müdafiə naziri Bill Bler deyib.
Nazirin sözlərinə görə, Baş nazir Castin Trüdo ondan Kanada Silahlı Qüvvələrinə partlayışla bağlı müstəqil araşdırma və təhlil hazırlamağı tapşırmasını istəyib:
“Kanada Silahlı Qüvvələrinin Kəşfiyyat Komandanlığı tərəfindən müstəqil şəkildə aparılan təhlil yüksək dərəcədə əminliklə göstərir ki, İsrail 17 oktyabr 2023-cü ildə xəstəxanaya zərbə endirməyib. Daha çox ehtimal olunan ssenari, zərbənin səhvən Qəzzadan atılan raketlə həyata keçirilməsidir”.
- Bakıdan Tiflisə gedəcək qatarın - Fotosu
- Bakı-Tiflis qatarında bilet bu qiymətə olacaq - Ekspert
- Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırdı
- İllərdir yolu gözlənilən qatarın - Fotoları
- Bakıdan Tiflisə qatarlar bu saatda yola düşəcək
- Tbilisiyə qatarla getmək istəyənlərin nəzərinə! - Qrafiklər açıqlandı
- Bu məhsulların qiyməti kəskin ucuzlaşacaq
- Bakı əhalisinin sayı açıqlandı