Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BUTA.TV-a verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AKS-74”markalı avtomat silah, 1 ədəd patron sandığı və 25 ədəd patron aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin rayonun Giləzi qəsəbə sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotikə görə məhkum olunmuş Ramil Vəliyev olduğu müəyyən edilib.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda əhali azalır: Miqrasiya və doğum statistikası narahat edir
- Gecikdirilmiş 292,3 min manat işçilərə ödənildi
- 25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirildi - Video
- Mayın 14-dək meteor yağışı müşahidə olunacaq
- FHN-də Ümummilli Liderə həsr olunmuş tədbir keçirildi
- Bulvardakı məşhur klubda yararsız qida məhsulları aşkarlandı - Foto
- Mühüm qərar: Bakı metrosundan rəsmi açıqlama...
- “Тrendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və...
- Bu qurumlar metropolitenə birləşir - Nə dəyişəcək?